Balkan mətbəxi
From Wikipedia, the free encyclopedia
Balkan mətbəxi — Balkan regionuna xas olan mətbəx. Balkan mətbəxi həm Avropa mətbəxinin, həm də Qərbi Asiya mətbəxinin xüsusiyyətlərini daşıyır. Balkan mətbəxi Balkan yarımadasında yerləşən ölkələrin mətbəxlərni əhatə edir və Albaniya, Bolqarıstan, Türkiyə, Rumıniya, Yunanıstan, eləcə də, keçmiş Yuqoslaviya kimi ölkələrin mətbəxlərini özündə birləşdirir. Sloveniyanı və Xorvatiyanın daxili şimal bölgələrini də Balkan mətbəxinə aid edirlər.[1] Qaraçıların mətbəxi də Balkan mətbəxinə aid yeməklər ehtiva edir.[2]
İkinci Dünya müharibəsindən sonra baş verən miqrasiya nəticəsində Vyana Balkan mətbəxinin yayıldığı şəhərlərdən birinə çevrilmişdir.[3] Almaniyada Balkan mətbəxindən təamlar servis edən restoranlar yerləşir: Yuqoslav müharibələrinə qədər bu restoranlar yuqoslav restoranları kimi tanınırdı.[4] 1960-cı illərdə Qərbi Almaniyada Balkan qrilləri yayılmış, Almaniyada çevapçiçilər populyarlaşmışdır. Lakin 1980-ci illərdən onların sonra populyarlığı azalmışdır.[5]