Babək Səmidli
Azərbaycan hərbçisi, polkovnik, 1-ci korpus komandirinin müavini / From Wikipedia, the free encyclopedia
Babək Mətləb oğlu Səmidli (7 yanvar 1974, Göyçay – 23 noyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə Komandir müavini, İkinci Qarabağ müharibəsinin şəhidi.
Cəld faktlar Şəxsi məlumatlar, Ləqəbi ...
Babək Səmidli | |
---|---|
Şəxsi məlumatlar | |
Ləqəbi | Suqovuşan fatehi |
Doğum tarixi | 7 yanvar 1974(1974-01-07) |
Doğum yeri | |
Vəfat tarixi | 23 noyabr 2020(2020-11-23) (46 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | mina |
Dəfn yeri | Göyçay Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Hərbi hissə | 1-ci Ordu Korpusu |
Xidmət illəri | 1992—2020 |
Rütbəsi | Polkovnik |
Döyüşlər |
Aprel döyüşləri İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | |
|
Bağla
Babək Səmidli 2020-ci ilin sentyabrında başlanan İkinci Qarabağ müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşləri idarə edənlərdən biri olub. 2020-ci ilin noyabrda minaya düşməsi nəticəsində şəhid olub.