Ağtala monastır kompleksi
From Wikipedia, the free encyclopedia
Ağtala (erm. Ախթալայի վանք; gürc. ახტალის ღვთისმშობლის მიძინების ეკლესია), həmçinin Pğindzavəng (erm. Պղնձավանք; mənası – Mis mədəni monastırı) — Ermənistanın Loru mərzində, Allahverdi (19 sentyabr 1969-cu ildən Tumanyan) rayonu ərazisində, Ağtala dəmiryol stansiyasından 2,5–3 km aralıda yerləşən[2] erməni-gürcü monastırı və qalası.[3] Abidə ilkin quruluşunu saxlayaraq indiki dövrə çatmışdır.[4] Ağtala qalası Şəddadilərin və Azərbaycan Atabəylərinin hakimiyyəti dövründə bölgənin müdafiə sistemində mühüm yer tutmuşdur. Kompleksə daxil olan əsas məbəd binası freskaları ilə diqqəti cəlb edir. Məbədin adı türkcə olmaqla "ağ" və "tala" sözlərindən ibarətdir.[5] Məbədin yerləşdiyi Ağtala kəndi tarixən türk tayfalarının yurdu olmuş və XX əsrin ortalarına kimi kənddə yalnız Azərbaycan türkləri, yunanlar və gürcülər yaşamışdır. XX yüzilin əvvəllərində kəndə yunan ailələri köçərək məskunlaşmışdır. İlk ermənilər isə kəndə 1922-ci ildə köçüb gəlmişdir.[6]
Ağtala monastır kompleksi | |
---|---|
41°09′02″ şm. e. 44°45′50″ ş. u. | |
Ölkə | |
Yerləşir | Aşağı Axtala[1] |
Aidiyyatı | GOK—>EQK |
Tikilmə tarixi | X əsr |
Üslubu | Gürcüstan memarlığı |
Vəziyyəti | fəaliyyət göstərir |
Ermənistanda qeydiyyata alınmış abidələr | |
İstinad nöm. | 7.5.1/1.1 |
Kateqoriya | Məbəd |
Vikianbarda əlaqəli mediafayllar |