Azərsilah
From Wikipedia, the free encyclopedia
"Azərsilah" (tam adı: “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti; 19.01.2019–20.06.2019) — Azərbaycan Respublikasındakı açıq səhmdar cəmiyyətlərdən biri. "Azərsilah" qabaqcıl texnologiyaları tətbiq etməklə Azərbaycanda silah istehsalını, ixracını, ölkə daxilində və xaricdə onların satışının təşkilini həyata keçirən, müasir menecment və korporativ idarəetmə standartları əsasında tabeliyində olan müəssisələrin fəaliyyətinin əlaqələndirilməsini və müvafiq sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən kommersiya hüquqi şəxsidir[1].