Azərbaycan–Ermənistan sərhəd toqquşması (may, 2023)
From Wikipedia, the free encyclopedia
2023-cü ilin may ayında Azərbaycan–Ermənistan sərhədində toqquşma — Azərbaycan və Ermənistan silahlı birləşmələri arasında 10 may 2023-cü ildə, axşam saatlarında Azərbaycan–Ermənistan şərti sərhədində – Ermənistan tərəfdən Vardenis rayonu, Azərbaycan tərəfdən isə Kəlbəcər rayonu istiqamətində başlanan və beş gün davam edən silahlı toqquşma.[1] Silahlı toqquşmaların başlamasında tərəflər bir-birlərini ittiham eləmişdir.[1] Qarşıdurma zamanı Azərbaycan və Ermənistan silahlı qüvvələrinin ümumi olaraq 3 hərbçisi öldürülmüş, 8 hərbçisi isə yaralanmışdır.[1] 14 mayda gərginliyin səviyyəsinin aşağı düşməsi isə bölgədə silahlar susmuşdur.[1] Bu cari il ərzində tərəflər arasında baş verən üçüncü silahlı toqquşma idi.
Azərbaycan–Ermənistan sərhəd toqquşması | |||
---|---|---|---|
Qarabağ münaqişəsi | |||
| |||
Tarix | 10–14 may 2023 | ||
Yeri |
Kəlbəcər rayonu, Azərbaycan Vardenis rayonu, Ermənistan |
||
Səbəbi | tərəflər bir-birlərini ittiham eləmişdir | ||
Nəticəsi | mövqelərdə yerdəyişmələr olmamışdır | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Silahlı toqquşmalar 14 mayda Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutacaq görüşün fonunda baş vermişdir.[1]