Azərbaycanlıların Ermənistandan deportasiyası (1948–1953)
From Wikipedia, the free encyclopedia
1948–1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyası — SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı fərmanına uyğun olaraq 1947–1950-ci illərdə Ermənistan SSR-in azərbaycanlı əhalisinin köçürülməsi. Proses Azərbaycanda azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından məcburi köçürülməsi və etnik təmizləməsi olaraq qiymətləndirilir.[2][3][4]
Azərbaycanlıların Ermənistandan deportasiyası | |
---|---|
Əsas münaqişə: SSRİ-də məcburi köçürülmələr, Azərbaycanlıların Ermənistandan etnik təmizlənməsi | |
| |
Ümumi məlumatlar | |
Yeri | Ermənistan Sovet Sosialist Respublikası, SSRİ |
Hücumun hədəfi | Azərbaycanlılar |
Tarix |
|
Hücum metodu | məcburi köçürmə, deportasiya [1] |
Ölü sayı | Məlum deyil |
Törədən(lər) |
Deportasiya üçün lazımı vəsaitin və maddi-texniki yardımın ayrılması sənəd üzərində nəzərdə tutulsa da, bu həyata keçirilməmiş və ya çox zəif şəkildə həyata keçirilmişdir. Deportasiyaya məruz qalanların əksəriyyəti bundan şikayətçi olmuşdur. Həmçinin deportasiya edilənlərin heç olmasa, öz yaşadıqları yerin iqliminə bənzər regiona köçürülmə istəkləri də rədd edilmişdir. Sənəd üzərində könüllülük əsasında həyata keçirilməsi nəzərdə tutulsa da, dövlətin gücü istifadə edilməklə bəzən zorakılıqla həyata keçirilmişdir, çünki deportasiya edilənlərin əksəriyyəti köçmək fikrində olmamışdır.
Deportasiyaya məruz qalanların dəqiq sayı bəlli deyil. Onların sayının 50 mindən çox olması güman edilir. Deportasiya Sovet İttifaqının mütləq rəhbəri olan İosif Stalinin ölümündən sonra yavaşlamış, 1956-cı ildə isə tamamilə dayandırılmışdır.