Azərbaycanda pivə
From Wikipedia, the free encyclopedia
Azərbaycanda pivə populyar alkoqollu içkilərdən biridir. Pivəni Azərbaycanda "narıncı qızıl" da adlandırırlar.[1][2] Carlsberg Azərbaycan ölkədəki ən böyük pivə istehsalçısıdır.[3] 2014-cü ilin məlumatına əsasən Azərbaycan pivə istehlakına görə müsəlman ölkələri arasında dördüncü yerdədir.[4] 2020-ci ildə Azərbaycanda 54,7 milyon litr pivə istehsal olunub[5] və Azərbaycandakı arpa ehtiyatlarının cəmi 0,96 %-i (13.203 ton) pivə istehsalına sərf olunub.[6]