Azərbaycanda elan olunmuş illərin siyahısı
From Wikipedia, the free encyclopedia
2007-ci ildən etibarən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hər bir il bir sahəyə həsr olunur.[lower-alpha 1] Bəzi illər müəyyən bir sahənin inkişafına diqqət ayırmaq üçün (məsələn, "Sənaye ili" və ya "Könüllülər ili") elan olunduğu halda, bəzi illər müəyyən hadisələrin yubileyini qeyd etmək üçün (məsələn, "Nizami Gəncəvi ili" və ya "Heydər Əliyev ili") elan olunur.
Prezident tərəfindən ilin elan olunması adətən ilin əvvəlində – yanvar ayında baş versə də, bəzi hallarda bir neçə ay qabaqcadan da il elan olunur. Məsələn, "Heydər Əliyev ili" 2022-ci ilin sentyabr ayında elan olunmuşdur. İllə bağlı keçiriləcək tədbirlər planı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən hazırlanır. İl çərçivəsində ölkədə bir çox tədbirlər keçirilir, poçt markaları buraxılır.