Azər Bəydili
From Wikipedia, the free encyclopedia
Azər Bəydili[lower-alpha 1] (7 fevral 1722, İsfahan, Səfəvilər – 1781, Qum, Zəndlər sülaləsi) — türkmanmənşəli[7] Azərbaycan[8] və İran[9] antoloqu (təzkirəçi) və şairi. O, əsasən İran hökmdarı Kərim xan Zəndə (1751–1779) həsr etdiyi, 850-yə yaxın farsdilli şairdən ibarət "Atəşkədəyi Azər" (Azərin od məbədi) bioqrafik antologiyası ilə tanınır. Farsşünaslıq üzrə akademik Y.T.P. de Bryuin fars dilində yazılmış bu əsəri "XVIII əsrin ən mühüm farsdilli antologiyası" hesab edir.[10] Azər erkən farsdilli poeziyanın üslub standartlarını diriltməyə çalışan "bazqəşti ədəbi" (ədəbi dönüş) hərəkatının aparıcı simalarından biri olmuşdur.
Cəld faktlar Doğum adı, Təxəllüsləri ...
Azər Bəydili | |
---|---|
| |
Doğum adı | Hacı Lütfəli bəy Azər Bəydili |
Təxəllüsləri | Valehi, Nükhət,[1] Azər[2] |
Doğum tarixi | 7 fevral 1722(1722-02-07) |
Doğum yeri | |
Vəfat tarixi | 1781 |
Vəfat yeri | |
Milliyyəti | türkman |
Atası | Ağa xan Bəydili Şamlı[3] |
Fəaliyyəti | şair, ədib, yazıçı |
Əsərlərinin dili | fars dili |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla