Azərbaycan Daxili Qoşunları
Azərbaycan Silahlı Qüvvələrinin jandarmeriya bölməsi / From Wikipedia, the free encyclopedia
Azərbaycan Daxili Qoşunları — Azərbaycanın Daxili İşlər Nazirliyinə tabe və Azərbaycan Silahlı Qüvvələrinə daxil olan hərbi birləşmədir. Azərbaycanın Daxili Qoşunları onlara həvalə olunmuş vəzifələri yerinə yetirən zaman şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayət və digər hüquqa zidd qəsdlərdən qoruyur.
Azərbaycanın Daxili Qoşunları | ||||
---|---|---|---|---|
| ||||
Növü | Jandarmeriya | |||
Yaranma tarixi | 12 mart 1992 (32 il əvvəl) (1992-03-12) | |||
Ölkə | Azərbaycan | |||
Tabedir | Daxili İşlər Nazirliyi | |||
Daxildir | Azərbaycan Silahlı Qüvvələri | |||
Vəzifəsi | Mühüm hərbi və dövlət obyektlərinin mühafizə və müdafiə edilməsində, zərurət yarandıqda Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında iştirak etmək. | |||
Sayı | 7.000-10.000 nəfər | |||
Qərargah | Bakı Bakı | |||
Şüarı |
"Daxili Qoşunlarda xidmətinlə fəxr et!" |
|||
Rəngləri | Göy-qırmızı | |||
Müharibələr |
1-ci Qarabağ müharibəsi 2-ci Qarabağ müharibəsi |
|||
Döyüşlər |
Qarabağ müharibəsi (1992–1994) • Ağdərə döyüşləri • Ağdam döyüşləri • Füzuli döyüşləri Qarabağ müharibəsi (2020) • Murovdağ döyüşləri • Cəbrayıl döyüşləri • Hadrut döyüşləri • Füzuli döyüşləri • Şuşa döyüşləri |
|||
Fərqlənmə nişanları | ||||
Komandanlıq | ||||
Komandir | gen-ley. Şahin Məmmədov | |||
Qərargah rəisi | gen-may. Tofiq Hüseynov | |||
Ş/H üzrə İdarənin rəisi | gen-may. İnqilab Muradov | |||
MTT İdarəsinin rəisi | gen-may. Fəxrəddin Səmədov | |||
dq.mia.gov.az | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Daxili Qoşunlarının hərbi qulluqçuları 1992–1994-cü illərdə baş verən 1-ci Qarabağ müharibəsində və 2020-ci ildə baş verən 2-ci Qarabağ müharibəsi savaşmışdılar.
Birinci Qarabağ müharibəsi zamanı Ağdam, Ağdərə və Füzuli rayonlarının yaşayış məntəqələri Daxili Qoşunların Ağdam alayınnın şəxsi heyəti tərəfindən azad edilmiş və müdafiə olunmuşdur. 1992–1994-cü illərdə ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 680 nəfər şəhid olmuşdur, 5 nəfər itkin düşmüşdür, 1177 nəfər isə yaralanmışdır. 8-i ölümündən sonra olmaqla 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Vətən müharibəsi zamanı isə Daxili Qoşunların şəxsi heyəti Murov zirvəsinin, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 44 gün ərzində ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olmuşdur, 346 nəfər isə yaralanmışdır 1-i ölümündən sonra olmaqla isə 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür.
Daxili Qoşunların hal-hazırda Azərbaycan ərazisində beş şəhərdə və doqquz rayonda hərbi hissələri mövcuddur. Həmçinin Daxili Qoşunların xüsusi təyinatlı hərbi qulluqçulardan (əsasən gizirlərdən və zabitlərdən) ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Hal-hazırda ümumi olaraq Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur.
Daxili Qoşunların Komandanı 2013-cü il noyabrın 15-dən general-leytenant Şahin İsgəndər oğlu Məmmədovdur, Qərargah rəisi 2018-ci il fevralın 15-dən general-mayor Tofiq Vaqif oğlu Hüseynovdur, Şəxsi heyət üzrə İdarənin rəisi 2021-ci il dekabrın 29-dan general-mayor İnqilab Heydər oğlu Muradovdur, MTT İdarəsinin rəisi isə 2007-ci il aprelin 12-dən general-mayor Fəxrəddin Cavanşir oğlu Səmədovdur.