Füzulinin azad edilməsi
İkinci Qarabağ müharibəsində Füzuli uğrunda döyüş / From Wikipedia, the free encyclopedia
Füzuli əməliyyatı[2] — 2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonu və Füzuli şəhəri uğrunda Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan döyüşlərdən biri idi.
Füzuli əməliyyatı | |||
---|---|---|---|
İkinci Qarabağ müharibəsi | |||
| |||
Tarix | 2020-ci il 27 sentyabr - 17 oktyabr | ||
Yeri | Füzuli rayonu və ətraf ərazilər | ||
Səbəbi | 2020-ci ildə Azərbaycan ordusunun əks-hücumu | ||
Nəticəsi | Azərbaycan ordusunun qələbəsi. Azərbaycan Füzuli şəhəri və rayonun inzibati vahidliyində yerləşən kəndləri işğaldan azad edir. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
Nəticədə, Füzuli rayonunun 18 kəndi, üstəlik Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən azad edilir.
Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub.