Aylar Həqqi
2022-ci ildə Təbrizdə baş vermiş etiraz aksiyasında İran təhlükəsizlik qüvvələri tərəfindən öldürülmüş tələbə. / From Wikipedia, the free encyclopedia
Aylar Həqqi ― 2022-ci il İran etirazlarında Təbrizdə baş tutmuş aksiyada İran təhlükəsizlik qüvvələri tərəfindən öldürülmüş tələbə.
Aylar Həqqi | |
---|---|
Doğum tarixi | 1999 |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Təbriz |
Vəfat səbəbi | öldürülüb |
Dəfn yeri | Vadi rəhmət qəbiristanlığı |
Dəfn tarixi | 18 noyabr 2022 |
Təhsili | Təbriz Azad Universiteti |
Fəaliyyəti | medical student[d] |
Hökumət rəsmiləri və mediası onun öldürülməsini inkar edərək hündürlükdən yıxıldığını iddia ediblər. Əvvəlcə ailəsinə Ayların intihar etdiyini söyləmələri üçün təzyiq göstəriblər. Ailəsi bunu qəbul etmədikdən sonra isə atası təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Təzyiq vasitəsi kimi ailəsinə 2 gün ərzində onun nəşini verməyiblər və onun doğulduğu Məlikkəndə dəfninə icazə verməyiblər.
Aylar Həqqinin dəfni və 40 mərasimi vətəndaşların iştirakı ilə Vadi rəhmət qəbiristanlığında baş tutub. İştirakçılar hökumət əleyhinə "Biz hamımız Aylarıq, mübarizə davam edir", "Azadlıq, ədalət, milli hökumət", "Azərbaycan yatmayıb, Aylar qanı batmayıb" kimi şüarlar səsləndiriblər. Hər iki mərasim təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə dağıdılıb. Onlarla insan döyülüb və həbs olunub.
Aylar Həqqi öldürüldükdən sonra Şərqi Azərbaycan ostanında etirazlar şiddətlənib. Təbriz, Binab, Məlikkənd, Ərdəbil şəhərlərində və Ayların təhsil aldığı Təbriz Azad Universitetində etiraz aksiyaları keçirilib. Bu etirazlarda onlarla etirazçı həbs edilib.
2022-ci il noyabrın 28-də Azərbaycan Respublikasındakı gənc qızlar İranda qadın hüquqları uğrunda mübarizə aparan insanlara və orada öldürülmüş azərbaycanlı qızlar Hədis Nəcəfi, Əsra Pənahi və Aylar Həqqinin xatirəsinə fləşmob keçiriblər.