Avropa Zirvəsi
From Wikipedia, the free encyclopedia
Avropa Zirvəsi — Avropa Birliyinə üzv ölkələrin dövlət və hökumət başçılarıyla Avropa Komissiyası Başçısını qurulmuş olduğu 1974-cü ildən bəri ildə ən azı iki dəfə bir araya gətirir. Avropa Dövlət və Hökumət Başçıları Şurası, Avropa İttifaqı Liderlərinin Sammiti və ya sadəcə olaraq Avropa Şurası (ingiliscə: European Council) Avropa İttifaqının ən yüksək siyasi qurumudur. İngilis dilində Avropa Şurası adlandırılan və yalnız Avropa Birliyinə üzv dövlətlərlə əlaqəli olan bu qurumu qırx yeddi üzvü olan Avropa Şurası ilə qarışdırmaq olmaz. Sammit Avropa İttifaqına üzv dövlətlərin dövlət və ya hökumət başçılarının və Avropa Komissiyasının sədrinin iştirakı ilə keçirilir. Sammitə Avropa İttifaqı Şurasının sədri sədrlik edir.
Avropa Zirvəsi | |
---|---|
European Council | |
Yaranma tarixi | 9 dekabr 1974[1] |
Sədr | Charles Michel[2] |
consilium.europa.eu/en/ consilium.europa.eu/fr/ consilium.europa.eu/es/e… |
|
Vikianbarda əlaqəli mediafayllar |
Avropa Dövlət və Hökumət Başçıları Şurasının qanunvericilik və icraedici səlahiyyətləri yoxdur, lakin Avropa İttifaqının mühüm məsələləri ilə məşğul olur. Sammit ildə ən azı iki dəfə toplanır. İclaslar ümumiyyətlə Belçikanın paytaxtı Brüsseldə, eyni zamanda Avropa İttifaqı Nazirlər Şurasının qərargahı olan Justus Lipsius binasında keçirilir.
Türkiyənin Avropa Birliyinə namizəd ölkə statusu Hökumətlərarası Şuranın 1999-cu ildəki Helsinki Zirvəsində səsbirliyi ilə qəbul edilmişdir. Şura Avropa Birliyinin əsas qanunverici qurumudur və üzv ölkələr arasında iqtisadi və siyasi qərarların yerinə yetirilməsi üçün koordinasiya rolunu oynayır.