Avrasiya
qitə / From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: Avrasiya (dəqiqləşdirmə).
Avrasiya — Yerin ən böyük materiki. Avropa və Asiya qitələrindən ibarətdir. Adalarla birlikdə sahəsi 54,759,000 km²-dir, dünya quru ərazisinin 36%-ni təşkil edir[1]. Əhalisi 4,3 milyarddan çoxdur və dünya əhalisinin 3/4 hissəsini təşkil edir[2].
Cəld faktlar Ümumi məlumat ...
Ümumi məlumat | ||
---|---|---|
Sahəsi: | 54,759,000 km² | |
Ölkə sayı: | 94 | |
Sahəcə ən böyük ölkəsi: | Rusiya | |
Dili: | Avrasiya dilləri | |
Ən uzun çayı: | Yanszı | |
Ən böyük gölü: | Xəzər[lower-alpha 1] Baykal | |
Ən hündür nöqtəsi: | Everest, Himalay | |
Ən çökək yeri: | Marian çökəkliyi |
Bağla
Ən ucqar nöqtələri: şimalda Çelyuskin burnu (77°43' şm.e.), cənubda Piay burnu (1°16' şm.e.), qərbdə Roka burnu (9°34' q.u.), şərqdə Dejnyov burnu (169°40' q.u.). Yer kürəsinin ən yüksək zirvəsi Everest dağı və quruda ən alçaq mütləq nöqtəsi Ölü dəniz (səviyyəsi −395 m), ən dərin gölü olan Baykal və ən rütubətli sahəsi Çerapunci Avrasiyadadır.
Avrasiyanı qərbdən Atlantik okean, şimaldan Şimal Buzlu okean, cənubdan Hind okeanı, şərqdən Sakit okean əhatə edir.