Atropatena
Tarixi Azərbaycan torpaqlarının bir hissəsində mövcüd olmuş qədim Azərbaycan dövləti / From Wikipedia, the free encyclopedia
Atropatena, Adurbadaqan, Atropat Midiyası (fars. آتورپاتکان, yun. Ατροπατήνη, süry. Aδorbāyγān, ərəb. آذربایجان) — Tarixi Azərbaycan torpaqlarının bir hissəsində[2] mövcüd olmuş qədim dövlət. Atropatenanın ərazisi indiki Cənubi Azərbaycan vilayətlərini, Azərbaycan Respublikasının bəzi cənub ərazilərini və İranın bir hissəsini əhatə edirdi.
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Satraplıq | |
Atropatena | |
---|---|
|
|
Paytaxt | Qazaka, Ərdəbil[1] |
Ən böyük şəhər |
Aqnazana, Fraaspa, Tavreş, Ordvil, Fanaaspa |
Rəsmi dilləri | Atropaten dili |
Dövlət dini | Zərdüştçülük |
İdarəetmə forması | monarxiya |
Davamiyyət | |
→ | |
Vikianbarda əlaqəli mediafayllar |
Keçmiş Əhəməni satrapı,[3] əslən, çox güman ki, midyalı olan Atropat e.ə. 321-ci ildə (Sərkərdə Peridikkinin ölümündən sonra) Atropatena dövlətinin və Atropatilər sülaləsinin əsasını qoyur, yeni dövlətin müstəqil hökmdarı olur; bu dövlət rəsmən Mada, sonralar isə özünün ilk hökmdarının adı ilə tez-tez antik qaynaqlarda Atropatena adlandırılır. Beləliklə, Makedoniyalı İskəndərin imperiyasının parçalanmasından sonra yenidən ilk olaraq Azərbaycanın cənub ərazisində,sonra isə cənubun təsiri ilə Azərbaycanın şimalında müstəqil dövlət meydana gəlir.[4]