Atalar sözü
From Wikipedia, the free encyclopedia
Atalar sözü — atalarımızın yaratdığı və əsrlərdən bəri özünə həyat düsturu etdiyi hikmətli və möcuz sözlərdir.[1]
Mövzu müxtəlifliyi ilə yanaşı bitmiş fikir, ümumiləşdirmə və nəticə atalar sözlərinə xas olan cəhətlərdir. Atalar sözləri xalqın həyatda sınanmış, müdrik və nəsihətli fikirlərindən ibarət olur və böyük əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyır. Əsas xüsusiyyəti həcmcə kiçikliyi, lakin mənaca hikmətli və nəsihətli olmasıdır. Atalar sözləri bitkin fikir ifadə edir, həm həqiqi, həm də məcazi mənada işlənir.