Assassination Classroom fəsillərinin siyahısı
From Wikipedia, the free encyclopedia
Assassination Classroom (暗殺教室, Ansatsu Kyōshitsu?) Yuusey Matsui tərəfindən yazılmış və çəkilmiş manqa seriyasıdır. Manqa seriyası səkkizayağa bənzər və həddən artıq güclü olan bir varlıq və onun dərs dediyi sinifin şagirdlərinin başına gələn gündəlik hadisələrdən bəhs edir.
Fərdi fəsillər 2012-ci ilin iyulundan "Weekly Shōnen Jump" jurnalında nəşr olunur və Shueisha nəşriyyatı tərəfindən tankobon cildlərində toplanılır. 2016-cı ilin iyununa kimi 20 tankobon cildi çapdan çıxmışdır və hazırda dövriyyədə 20 milyon nüsxəsi var.[1] Viz Media manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır və manqanın ilk cildini 2014-cü ilin dekabrında həm çap, həm də rəqəmsal formatda nəşr etmişdir.[2]