Arı (komiks)
From Wikipedia, the free encyclopedia
Arı (ing. Wasp) — Marvel Comics tərəfindən yaradılmış super qəhrəman personajı. Sten Li və Cek Körbi tərəfindən yaradılmış və ilk dəfə "Heyranedici hekayələr" komiksinin 1963-cü ilin iyununda çıxan sayında yer almışdır. "Şirin" ləqəbli bu personajın əsas gücləri böcək qanadları vasitəsilə uçmaq, əlindən bioelektrik iynələr göndərmək və böyüdüb-kiçilməkdir. Arı Qisasçıların qurucu üzvlərindəndir və uzun illər komandanın üzvü olmuşdur. Partneri və həyat yoldaşı Henk Pim olmuşdur.
Arı | |
---|---|
ing. Wasp | |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi | "Heyranedici hekayələr" #44 (iyun, 1963) |
Yaradıcı(lar) |
Sten Li Cek Körbi |
Xüsusiyyətlər | |
Əsl adı | Canet Van Din |
Doğum yeri | Kriskil, Nyu Cersi |
Cinsiyyəti | qadın |
Boyu | 163 sm |
Çəkisi | 50 kq |
Göz rəngi | göy |
Saç rəngi | qırmızımtıl qəhvəyi |
Növü | insan |
Komiks bioqrafiyası | |
Üzvlükləri |
Qisasçılar Əsrarəngiz Qisasçılar Leydi Xilaskarlar Qərb Sahili Qisasçıları Qüdrətli Qisasçılar |
Partnyorları | Henk Pim |
Düşmənləri | Qasırğa |
Ləqəbləri | Can, Doktor Spektrum, Canet Pim, Şirin |
Gücləri |
bioloji iynələr uçmaq böyüyüb-kiçilmə |
2011-ci ilin martında IGN "Ən yaxşı komik super qəhrəmanları" siyahısında Arını 99-cu yerdə göstərmişdir.[1] "Comics Buyer's Guide" jurnalının "Ən cazibədar qadın komiks super qəhrəmanları" siyahısında 94-cü yeri tutmuşdur.[2] 2013-cü ildə isə Marvel.com saytı tərəfindən ən yaxşı 5-ci Qisasçı seçilmişdir.[3]