Aromatik karbohidrogenlər
From Wikipedia, the free encyclopedia
Aromatik karbohidrogenlər - molekullarında bir və ya bir neçə benzol həlqəsi olan karbohidrogenlərə aromatik karbohidrogenlər deyilir. Aromatik karbohidrogenlər[1] dedikdə benzol və xassəcə ona bənzər birləşmələr nəzərdə tutulur. Belə ki, aromatik karbohidrogenlər onları başqa birləşmələrdən fərqləndirən və adətən aromatik xassə adlanan bir sıra xüsusiyyətlərə malikdir.[2][3][4] Tərkibinə daxil olan benzol nüvəsinin sayından və onların arasındakı əlaqənin xarakterindən asılı olaraq aromatik karbohidrogenlər iki qrupa bölünür:
- Bir benzol nüvəli aromatik karbohidrogenlər. Bu qrupa benzol və onun homoloqları daxildir.
- Kondensləşmiş və ya kondensləşməmiş bir neçə benzol nüvəli aromatik karbohidrogenlər. Bu qrupa difenil, difenilalkanlar, naftalin, fenantren, antrasen, asenaften, flüoren və b. daxildir.
Aromatik karbohidrogenlərin beynəlxalq adı Arenlər-dir.[5] Aromatik karbohidrogenlərin ən sadə nümayəndəsi benzoldur. Benzol homoloqlarının düsturu CnH2n-6 kimidir. Aşağıdakı qalereyada Arenlərin bir sıra nümayəndələri göstərilmişdir:
- Toluol
- Etilbenzol
- Stirol
- Anilin