Antonov An-225
From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: Antonov.
Antonov An-225 Mriya (ukr. Мрія - "arzu"; NATO kod adı: Cossack - "Kazak") — dünyanın ən böyük yük təyyarəsi.
Cəld faktlar Tipi, Hazırlayan ...
Antonov An-225 | |
---|---|
Ан-225 | |
| |
Tipi | An-225 |
Hazırlayan | Antonov (şirkət) |
İstehsalçı | Ukrayna |
İlk uçuş | 21.12.1988 |
İstismara verilmə tarixi | 1989[1] |
İstimarının bitmə tarixi | 27.02.2022 |
Status | Rusiya tərəfindən vurulması |
İstismarçılar |
Ukrayna Antonov |
İstehsal ili | 1985 |
Buraxılış sayı | 1 |
Baza modeli | Antonov An-124 Ruslan[2][3][…] |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
1984-1988-ci illərdə Ukrayna SSR-də Antonov konstruktor bürosu tərəfindən Kiyev Mexaniki Zavodunda istehsal edilmişdir. Təyyarənin ilk uçuşu 1988-ci il dekabrın 21-də baş tutmuşdur. Əsas məqsəd böyük raketlərin, kosmik gəmilərin daşınması olmuşdur.
Təyyarənin uzunluğu 84 metr , hündürlüyü 18,1 metr, qanadlarının ucları arasındakı məsafə 88,4 metrdir. Yük kabinəsinin eni 6,4, hündürlüyü 4,4, uzunluğu isə 43 metrdir. Heyətin sayı 7, sərnişin tutumu isə 88 nəfərdən ibarətdir. Təyyarə 450 tonadək yük qaldıra bilir.