Antarktika haqqında konvensiya
From Wikipedia, the free encyclopedia
Antarktika haqqında konvensiya və ya Antarktika haqqında beynəlxalq müqavilə[1] — Antarktida ərazisinin demilitarizasiyasını, onun dinc məqsədlər üçün və nüvə silahından azad zona olmasını nəzərdə tutan müqavilə. 1 dekabr 1959-cu ildə Vaşinqtonda imzalanmış və 23 iyun 1961-ci ildə ilk 12 dövlətin ratifikasiyasından sonra qüvvəyə minmişdir. Müqavilənən əsas məqsədi — Antarktidanın bütün bəşəriyyətin istifadəsi üçün imkan yaratmaqdır. Həmçinin elmi tədqiqatlar və beynəlxalq əməkdaşlıq üçün azad mühit yaratmaqdır. İstənilən nüvə sınaqlarının keçirilməsi və radioaktiv materialların basdırılması qadağandır. Hazırda müqaviləni imzalayan dövlətlərin sayı 50-dir.