Anna Dadli
From Wikipedia, the free encyclopedia
Anna Dallas Dadli[2] (ing. Anne Dallas Dudley; 13 noyabr 1876, Neşvill – 13 sentyabr 1955, Bell-Mid[d], Tennessi) – ABŞ-də qadınların seçki hüququ hərəkatının tanınmış fəalı, sufrajist. Neşvilldə Seçki Hüququ Bərabərliyi Liqasının qurucusu və onun prezidenti. Tennessi Seçki Hüququ Bərabərliyi Dərnəyinin başçısı vəzifəsini yerinə yetirmişdir. Qadınlara ABŞ-də səsvermə hüququnun verilməsinə dair ABŞ Konstitusiyasına edilən XIX düzəlişin ratifikasiya edilməsinə böyük səy göstərmiş və Amerika Milli Qadın Seçki Hüququ Assosiasiyasının üçüncü vitse-prezidenti olmuşdur. Tennesidə doqquzuncu düzəlişin qüvvəyə minməsi (ratifikasiyası) üçün onun etdiyi cəhdlər və qazandığı uğurlar xüsusilə qeyd olunur.
Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Anna Dadli | |
---|---|
ing. Anne Dallas Dudley | |
| |
Doğum tarixi | |
Doğum yeri | Neşvill, ABŞ |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | Belmid, Tennessi, ABŞ |
Dəfn yeri |
|
Milliyyəti | amerikan |
Fəaliyyəti | Qadınların seçki hüququnun müdafiəçisi |
Partiyası | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla