Angel Beats! musiqisi
From Wikipedia, the free encyclopedia
Angel Beats! (エンジェルビーツ!, Enjeru Bītsu!?, azərb. Mələk ritmləri!) — Seyci Kişinin rejissorluğu ilə P.A. Works və Aniplex tərəfindən istehsal olunmuş 13 seriyadan ibarət anime serialı. Anime serialının istehsalında Cun Maeda böyük rol oynamışdır. Ssenarini o yazmış, musiqini Anant-Garde Eyes qrupu ilə birlikdə bəstələmiş, Na-Ga ilə birlikdə personajları dizayn etmişdir. Maeda və Na-Ga vizual roman brendi olan Key şirkətinin əməkdaşlarıdırlar. 2015-ci ildə Key anime əsasında vizual roman istehsal edib buraxmışdır. "Angel Beats!" diskoqrafiyası iki studiya albomundan, bir yığma albomdan, səkkiz sinqldan, bir saundtrekdən və bir remiks albomundan ibarətdir.
Relizlər | ||
---|---|---|
↙Studiya albomları | 2 | |
↙Yığma albomlar | 1 | |
↙Sinqllar | 8 | |
↙Saundtreklər | 1 | |
↙Remikslər | 1 | |
Qeydlər |
Orijinal saundtrek 2010-cu ildə Key Sounds Label tərəfindən istehsal olunmuşdur. Saundtrek musiqisi Cun Maeda və Anant-Garde Eyes qrupu tərəfindən bəstələnmişdir. Uydurma Girls Dead Monster qrupu üçün 2010-cu ildə LiSA və Marina tərəfindən ifa olunan bir albom və beş sinql buraxılmışdır. Tema mahnısı da 2010-cu ildə buraxılmışdır. 2014-cü ildə Girls Dead Monster qrupunun mini-albomu yayımlanmışdır. Vizual roman üçün tema mahnısı sinqlı 2015-ci ildə buraxılmışdır. Girls Dead Monster qrupu üçün bir sinql və bir piano albomu 2015-ci ildə buraxılmışdır. Əvvəlki vokal treklərin cəmləndiyi yığma albom isə 2016-cı ildə buraxılmışdır.