Amber şahmat turniri
From Wikipedia, the free encyclopedia
Amber şahmat turniri (rəsmi adı ilə ing. Amber Rapid and Blindfold Chess Tournament) — 1992-2011-ci illərdə keçirilmiş illik şahmat turniri. Turnirə ancaq dəvət yolu ilə dünyanın ən yaxşı şahmatçıları iştirak edirdilər. 1993-cü ildə keçirilən ikinci turnirdən etibarən gözübağlı şahmat və sürətli şahmat da turnirin proqramına salınmış və turnirin özü Monakonun paytaxtı Monte Karlo şəhərində keçirilməyə başlanmışdır. Turnirin sponsoru qiyabi şahmat üzrə dünya çempionu olmuş holland biznesmen Yup Van Osterom olmuşdur. Onun qızının şərəfinə adlandırılmış bu turnirin ilin mart ayında təşkil olunurdu. Van Osteromun bacısı da öz adını Kristal Kelli şahmat turnirinə vermişdir.
Turniri ən çox Vladimir Kramnik qazanmışdır. (6 dəfə) Vişvanatan Anand yeganə şahmatçıdır ki, eyni turnirdə həm sürətli şahmat, həm də gözübağlı şahmat turnirlərinin qalibi olub. (Bunu iki dəfə etmişdir: 1997 və 2005-ci ildə) Sürətli şahmatda ən çox qalib gələn Anand (9 dəfə), gözübağlı şahmatda isə ən çox qalib gələn Kramnikdir. (9 dəfə)
Harri Kasparovdan[1] başqa turnirdə bir çox məşhur sima iştirak etmişdir. Vasili İvançuk bütün mövsümlərdə iştirak etmiş yeganə şahmatçıdır.
Turnirin sonuncu — 20-ci mövsümü 2011-ci ildə baş tutmuşdur.