Allen Nyuell
From Wikipedia, the free encyclopedia
Allen Nyuell (ing. Allen Newell, 19 mart 1927[1][2][…], San-Fransisko, Kaliforniya[1] – 19 iyul 1992[1][2][…], Pitsburq, Pensilvaniya[1]) — koqnitiv psixologiya və süni intellekt sahəsində amerikalı alim. RAND Tədqiqat Mərkəzində və Karnegi Mellon Universitetində işləmiş, IPL proqramlaşdırma dilinin və iki ən erkən süni intellekt proqramının inkişafında iştirak etmişdir — Məntiq nəzəriyyəsi maşını (Logic Theory Machine) (1956) və General Problem Solver (1957) (Herbert Saymon ilə birlikdə). 1975-ci ildə, Saymon ilə birlikdə, süni intellekt və insan qavrayış mexanizmlərinin psixologiyası sahəsində fundamental işlərinə görə Türinq mükafatına layiq görüldü[3][4]. ABŞ Milli Elmlər Akademiyasının üzvü (1972), Milli Elm Medalı (1992) ilə təltif edilmişdir.
Allen Nyuell | |
---|---|
ing. Allen Newell | |
Doğum tarixi | 19 mart 1927(1927-03-19)[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 19 iyul 1992(1992-07-19)[1][2][…] (65 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Elm sahəsi | informatika |
İş yerləri | |
Təhsili | |
Elmi rəhbəri | Herbert Saymon |
Üzvlüyü | |
Mükafatları |