Aleksandr Vinerberqer
From Wikipedia, the free encyclopedia
Aleksandr Vinerberqer (alm. Alexander Wienerberger; ukr. Александр Вінербергер; 8 dekabr 1891[1][2], Vyana[2] – 5 yanvar 1955[2], Zalsburq[2]) — 19 il ərzində SSRİ-nin müxtəlif kimya fabrik və zavodlarında işləmiş alman əsilli Avstriya kimya mühəndisi, həvəskar fotoqraf. Aleksandr Vinerberqer 1932–1933-cü illərdə Xarkov şəhərində əmək fəaliyyəti ilə məşğul olduğu zaman Qolodomor soyqırımına şahidlik etmiş və hadisə ilə bağlı onlarla foto çəkmişdir.
Aleksandr Vinerberqer | |
---|---|
alm. Alexander Wienerberger | |
Doğum tarixi | 8 dekabr 1891(1891-12-08)[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 5 yanvar 1955(1955-01-05)[2] (63 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | alman |
Dini | protestant |
Təhsili | |
Fəaliyyəti | mühəndis, fotoqraf, əsgər |
Partiyası | |
Tanınır | Qolodomor soyqırımı ilə bağlı çəkmiş olduğu fotolar ilə |
Vikianbarda əlaqəli mediafayllar |
Aleksandr Vinerberqer sonrakı illərdə ölkədən çıxmağı baçarmış və çəkmiş olduğu fotoları özü ilə aparmışdır. Fotolar qısa zamanda Şimali Amerika və Qərbi Avropa mətbuatında geniş əks-səda doğurdu və SSRİ-nin yaratmış olduğu mifi darmadağın etdi. Qolodomor soyqırımı ilə bağlı çəkilmiş fotoların böyük əksəriyyəti və ən əhəmiyyətliləri Vinerberqerin adı ilə bağlıdır.[3]