Akame ga Kill! fəsillərinin siyahısı
From Wikipedia, the free encyclopedia
Akame ga Kill! (アカメが斬る!, Akame ga Kiru!?, azərb. Akame kəsib doğrayır!) Tetsuya Taşironun rəssamlığı ilə Takahiro tərəfindən yazılan manqa seriyasıdır. Manqa Tatsumi adlı kəndlinin kəndi üçün pul qazanmaq ötrü imperiya paytaxtına gəlməsindən, lakin paytaxtda güclü rüşvətxorluğun olduğunu kəşf etməsindən bəhs edir. Tatsumi tezliklə imperiyaya qarşı döyüşən Gecə Reydi adlı sui-qəsd komandasına qoşulur.
Manqanın nəşr olunmasına Square Enix nəşriyyatının "Gangan Joker" jurnalının 20 mart 2010-cu ildə çıxmış 2010-cu il aprel sayında başlanmışdır. İlk tankobon cildi 21 avqust 2010-cu ildə buraxılmışdır.[1] 22 avqust 2016-cı ilə qədər 14 cildi çapdan çıxmışdır.[2] Yen Press 2014-cü ilin iyununda manqanı Şimali Amerika üçün lisenziyalaşdırmış və ilk cildi 20 yanvar 2015-ci ildə buraxmışdır.[3][4]
"Monthly Big Gangan" jurnalının 25 oktyabr 2013-cü ildə çıxmış 11-ci sayında "Akame ga Kill! Zero" (アカメが斬る!零, Akame ga Kiru! Zero?) adlı prikvel manqası nəşr olunmağa başlamışdır. Manqanın yazıçısı Takahiro, rəssamı Key Torudur.[5] Bu manqa Akamenin Gecə Reydinə qoşulmazdan əvvəl imperiya sui-qəsdçisi olduğu dövrdə başına gələnlərdən bəhs edir. İlk cildi 21 iyun 2014-cü ildə buraxılmışdır.[6]