Adlinda (krater)
Yupiterin təbii peyki Kallistoda yerləşən ən böyük üçüncü çoxqatlı struktur / From Wikipedia, the free encyclopedia
Adlinda – Yupiterin təbii peyki Kallistoda yerləşən ən böyük üçüncü çoxqatlı struktur (zərbə krateri). Diametri təxminən 1000 kilometrdir.[1] Kallistonun cənub yarımkürəsində yerləşir. Adını İnuit mifologiyasından almışdır.
Cəld faktlar Yerləşdiyi astronomik cisim, Kraterin diametri ...
Adlinda | |
---|---|
Yerləşdiyi astronomik cisim | Kallisto |
Kraterin diametri | 840 km |
Bağla
Nisbətən daha gənc olan böyük Lofn krateri Adlindanın üzərində yerləşir.[1] Bu kraterin parlaq səthi Adlindanın səthinin 30%-ni tutur və onun ətraflı tədqiqini əngəlləyir. Lofn da zərbə krateridir.