Acanthaster planci
From Wikipedia, the free encyclopedia
Acanthaster planci — Acanthasteridae dəstəsindən dəniz ulduzu növü. Böyük və çox qollu olan bu dənzi ulduzu növü sərt mərcan polipləri ilə bəslənir. Üst hissəsi zəhərli tikanlarla örtülüdür. Dünyanın ən böyük dəniz ulduzu növlərindən biridir. Hind və Sakit okeanda, Qırmızı dənizdə və Afrikanın şərq sahillərindən Orta Amerikanın qərb sahillərinə qədər yayılmışdır. Bu bölgələrdə sərt mərcan riflərində yaşayır.