2012 Avroviziya Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
2012 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2012; fr. Concours Eurovision de la chanson 2012) — sayca 57-ci Avroviziya Mahnı Müsabiqəsidir. Eldar Qasımov və Nigar Camalın ifa etdikləri "Running Scared" mahnısı ilə 2011 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2012-ci ildə Azərbaycan ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə paytaxt Bakı şəhərində, Bakı Kristal Zalında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2012-ci ilin 22 və 24 may, final isə 26 may tarixində baş tutmuşdur.
Avroviziya Mahnı Müsabiqəsi 2012 "Light Your Fire!" "Öz məşəlini alovlandır!" | |
---|---|
I yarımfinal | 22 may 2012 |
II yarımfinal | 24 may 2012 |
Final | 26 may 2012 |
Aparıcı(lar) | Leyla Quliyeva Eldar Qasımov Nərgiz Birk-Petersen |
Direktor | Yon Ola Sand |
Kanal | İTV |
Keçirilən yer | Bakı Kristal Zalı[1] Bakı, Azərbaycan |
Qalib mahnı | İsveç "Euphoria" |
Seçki sistemi | Hər bir ölkə 50% telesəsvermə və 50% münsif səslərini toplayaraq ən çox səs toplayan on iştirakçıya 12, 10, 8-1 xallar verirdi |
İştirakçıların sayı | 42 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | Monteneqro |
İştirakdan imtina edən ölkələr | Ermənistan Polşa |
İştirakçı xəritəsi
Finalda iştirak etmiş ölkələr İştirakdan imtina etmiş ölkələr Finala keçə bilməmiş ölkələr | |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 2011 2013 ► |
2012-ci ildə iki illik fasilədən sonra Monteneqro Avroviziyaya geri dönmüşdür. Polşanın dövlət kanalı TVP teleefirin digər vacib proqramlarla yüklənməsini səbəb göstərərək müsabiqədə iştirakdan imtina etmişdir. Ermənistan isə ilk öncə Bakıda keçiriləcək müsabiqədə iştirak edəcəyini elan etsə də, daha sonra ölkənin dövlət televiziyası Avroviziya 2012-də iştirak etməyəcəklərini bəyan etmişdir. Ümumilikdə 42 ölkənin iştirak etdiyi Avroviziya 2012-də İsveç təmsilçisi Lorin ifa etdiyi "Euphoria" adlı mahnı ilə 372 xal toplayaraq qalib gəlmişdirlər. Bu sonuncu dəfə Avroviziyada 1999-cu ildə Şarlotta Perellinin təmsilində qalibiyyət əldə etmiş İsveçin müsabiqədə ümumilikdə beşinci qələbəsi idi.