1966 Neftyanik mövsümü
From Wikipedia, the free encyclopedia
1966 Neftyanik mövsümü — 1966-cı il futbol üzrə SSRİ çempionatı "Neftyanik"in turnirdə doqquzuncu, ardıcıl olaraq isə yeddinci iştirakı idi. Komanda çempionatla yanaşı həmçinin SSRİ Kuboku turnirində də çıxış edirdi. 1966-cı il mövsümü Azərbaycan klublarının SSRİ yüksək liqasında ən yaxşı nəticəsi hesab olunur. Belə ki, "ağ-qaralar" 19 komandanın yarışdığı turnirdə yekun nəticə olaraq üçüncü yeri tutaraq bürünc medala sahib oldu. Buna qədər komandanın ən yaxşı nəticəsi 1963-cü ildə keçirilmiş çempionatda altıncı yeri tutmaq olmuşdur.[1] Bu mövsüm yalnız çempionatda qalib olan komanda və Kubokun qalibi (və ya finalçısı) Avropa miqyaslı turnirlərə qatıla bildiyindən, "Neftyanik"in Avropada debütü mümkün olmadı. Klub ev oyunlarını Lenin stadionunda keçirirdi.
1966 mövsümü | |
Prezident |
Valentin Xlıstov (öncə) Şövkət Orduxanov (növbəti) |
---|---|
Baş məşqçi | Vasili Sokolov (avqustadək) Əhməd Ələsgərov (avqustdan) |
Məşqçi köməkçisi | Valentin Xlıstov |
Stadion | Lenin adına Respublika stadion |
Futbol üzrə SSRİ yüksək liqası | III yer |
Futbol üzrə SSRİ Kuboku | 1/16 final |
Ən çox tamaşaçılı oyun | Neftyanik 3-0 Spartak Moskva (45,000) |
Ən az tamaşaçılı oyun | Neftyanik 2-0 Torpedo Moskva (20,000) |
Orta hesabla tamaşaçı sayı | 35,944 |