İudanın öpüşü
From Wikipedia, the free encyclopedia
İudanın öpüşü və ya İsaya xəyanət — Sinoptik İncillərə görə, İudanın İsa Məsihin kimliyini qılınc və dəyənəklərlə onu həbs etməyə gələn baş kahinlərə və ağsaqqallara ifşa etməsi ilə xarakterizə olunan hadisə. Sonuncu şam yeməyindən sonra İuda Qefsimaniya bağında İsanı öpür və onun Sinedrion polisi tərəfindən həbs olunmasına səbəb olur.
Əhdi-cədidin Məsihin həyatına aid hissəsində İsanın başına gələcək xəyanət və öz ölümü barədə kəhanəti birbaşa düşmən qüvvələr tərəfindən ələ keçirilməsinə və edamına işarə edir.
Daha geniş mənada isə, İudanın öpüşü ifadəsi "zahirən dostyana görünən, əslində isə altında pis niyyətlər yatan əməl"ə istinad edir.[1]