Çarlz Dikkens
From Wikipedia, the free encyclopedia
Çarlz Dikkens (ing. Charles Dickens; 7 fevral 1812[1][2][…], Lendport[d], Hempşir qraflığı[d][3][1] – 9 iyun 1870[4][3][…], Qedshil[d], Kent qraflığı[2][3][…]) — Viktoriya dövrü ingilis ədəbiyyatının ən məşhur yazıçı və roman müəlliflərindən biri. Onun romanları və kiçik hekayələri dünya ədəbiyyatının ən məşhur nümunələrindən hesab edilir.
Çarlz Dikkens | |
---|---|
ing. Charles Dickens | |
Doğum adı | Çarlz Con Haffem Dikkens |
Təxəllüsü | Boz |
Doğum tarixi | 7 fevral 1812(1812-02-07)[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 9 iyun 1870(1870-06-09)[4][3][…] (58 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | beyin qansızması[d] |
Dəfn yeri | |
Vətəndaşlığı | Birləşmiş Krallıq |
Milliyyəti | ingilis |
Fəaliyyəti | yazıçı, roman yazıçısı, jurnalist, ictimai tənqidçi, dramaturq, müəllif, uşaq ədəbiyyatı yazıçısı, redaktor[d], nasir, botanik |
Əsərlərinin dili | Britaniya ingiliscəsi |
İstiqamət | realizm |
Janrlar | roman, hekayə, povest |
Tanınmış əsərləri | |
Çarlz Dikkens Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanınan Çarlz Dikkens ingilis ədəbiyyatında tənqidi realizmin banisi olmaqla yanaşı, həm də tanınmış yumor və satira ustasıdır. Onun yaradıcılığının ilkin dövrünə aid olan "Pikkviks klubunun qeydləri" adlı əsərində patriarxal İngiltərə təsvir olunur. "Oliver Tvistin macəraları" adlı romanında yoxsulların həyatını təsvir edərək şəxsi səadət naminə öz qəhrəmanını maneələrin dəf olunmasına çağırır.[6]
Əsərlərinin əksəriyyəti o dövrün ənənəsinə uyğun olaraq dövrü mətbuatda çap olunmuşdur. O əsərlərini hissə-hissə yazmışdır. Dikkensin əsərləri nəsrinin mükəmməlliyi və xarakterlərin bənzərsizliyi ilə bir çox görkəmli yazıçıların diqqətini cəlb etmişdir.