User:Lodzdeena/ABŞ tarixi 3
From Wikipedia, the free encyclopedia
Amerika Birləşmiş Ştatlarının müstəmləkəçilik tarixi XVII əsrin əvvəllərindən On üç koloniyanın İnqilab müharibəsindən sonra ABŞ-yə qoşulmasına qədər Şimali Amerikanın Avropa tərəfindən müstəmləkə edilməsini əhatə edir. XVI əsrin sonlarında İngiltərə, Fransa, İspaniya və Yeddi Birləşmiş Əyalət Respublikası (Niderland) Şimali Amerikada böyük müstəmləkə səfərlərinə başladı. Ölüm nisbəti ilk köçənlər arasında çox yüksək idi. İngilislərin itkin koloniyası Roanoke kimi bəzi ilk cəhdlər tamamilə məhv edildi. Buna baxmayaraq bir neçə on il ərzində uğurlu koloniyalar quruldu.
ABŞ-nin müstəmləkə tarixi | |||
---|---|---|---|
1492–1783 | |||
Location | ABŞ | ||
Key events | Şimali Amerikanın kəşfi Avropa müstəmləkəçiliyi Yerli amerikan epidemiyaları Jamestown Atlantik qul ticarəti | ||
Chronology
|
Avropalı məskunlaşanlar macərapərəstlər, fermerlər, müqaviləli xidmətçilər, tacirlər və çox az sayda aristokratlar daxil olmaqla müxtəlif sosial və dini qruplardan gəlirdi. Məskunlaşanlar arasında Yeni Niderlanddan hollandlar, Yeni İsveçdən isveçlər və finlər, Pensilvaniya koloniyasından ingilis kvakerlər, Yeni İngiltərədən ingilis puritanlar, Maryland koloniyasından ingilis katoliklər və protestant nonkonformistlər, Georgia koloniyasından "dəyərli yoxsullar", orta Atlantik koloniyalarına yerləşən almanlar və Appalachian dağlarından ulster şotlandlar var idi. Bu qrupların hamısı 1776-cı ildə müstəqillik qazananda ABŞ-nin bir hissəsi oldu. Rus Amerikası ilə Yeni Fransa və Yeni İspaniyanın bəzi hissələri də daha sonra ABŞ-yə daxil edilmişdir. Müxtəlif yerlərdən gələn bu kolonistlər özlərinə xas sosial, dini, siyasi və iqtisadi tərzdə koloniyalar qurdular.
Vaxt keçdikcə Missisipi çayının şərqindəki qeyri-ingilis koloniyalar tutuldu və sakinlərin çoxu assimlasiya edildi. Lakin Yeni Şotlandiyada ingilislər fransız akadları qovdu və bir çoxu Luizianaya köçdü. On üç koloniyada vətəndaş müharibəsi baş vermədi. Əsas iki silahlı üsyan 1676-cı ildə Virciniyada və 1689-1691-ci illərdə Nyu-Yorkda uğursuz oldu. Bəzi koloniyalar qanuniləşdirilmiş köləlik sistemləri yaratdı. Bu sistemlər əsasən Atlantik kölə ticarəti ətrafında formalaşdı. Fransız və hindu müharibələri ərzində fransızlar və ingilislər arasında müharibələr təkrarlandı. 1760-cı ildə Fransa məğlub olmuşdu, koloniyalarını isə İngiltərə ələ keçirmişdi.
,Şərq sahilində dörd fərqli ingilis ərazisi Yeni İngiltərə, Orta koloniyalar, Chesapeake körfəzi koloniyaları (Yuxarı cənub) və Cənub koloniyaları (Aşağı cənub) idi. Bəzi tarixşünaslar heç vaxt ayrıca təşkil edilməmiş beşinci ərazi olan "Sərhəd"i də əlavə edirlər.