Əfqanıstan
From Wikipedia, the free encyclopedia
Əfqanıstan (puşt. افغانستان, dəri افغانستان) — Cənubi Asiyada ölkə.[7] Əfqanıstan Mərkəzi Asiyada yerləşməsinə baxmayaraq sıx etnik və mədəni əlaqələri nəzərə alınaraq bəzi qaynaqlar tərəfindən Yaxın Şərq ölkəsi hesab edilir. Şərq və cənubda Pakistan, qərbdə İran, şimalda Türkmənistan, Özbəkistan və Tacikistan, şimal-şərqdə isə Çin Xalq Respublikası ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kabil şəhəri, ümumi sahəsi 660,230 kvadrat kilometrdir. Əfqanıstan dənizə çıxışı olmayan ölkədir. Ərazisinin əksər hissəsi qışı çox soyuq keçən Hinduquş dağları ilə əhatə olunmuşdur. Ölkənin şimalı məhsuldar düzənliklərdən, cənub-qərbi isə yayı çox isti olan səhra landşaftından ibarətdir.
Əfqanıstan | |||||
---|---|---|---|---|---|
| |||||
Himn: دا د باتورانو کور "Bura cəsurların evidir" |
|||||
Tarixi | |||||
• Hotakilər | 4 iyul 1776 | ||||
• Dürranilər imperiyası | 1 mart 1781 | ||||
• Əmirlik | 3 sentyabr 1783 | ||||
• Müstəqillik | 21 iyun 1788 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt |
Kabil 34°31′ şm. e. 69°11′ ş. u. |
||||
İdarəetmə forması | Unitar Totalitar müvəqqəti teokratik islam əmirliyi | ||||
Ali rəhbər | Heybətulla Axundzadə | ||||
Baş nazir | Həsən Axund | ||||
Sahəsi | Dünyada 40-cı | ||||
• Ümumi | 652,867[4] km² | ||||
• Su sahəsi (%) | çox cüzi | ||||
Əhalisi | |||||
• Əhali | 39.232.003[lower-alpha 1][5] nəfər (37-ci) | ||||
• Siyahıyaalma (2023) | 39.232.003[lower-alpha 2][6] nəf. | ||||
• Sıxlıq | 48,08 nəf./km² | ||||
Demonim | Əfqan | ||||
Valyuta | Əfqanıstan əfqanisi | ||||
İnternet domeni | .af | ||||
ISO kodu | AF | ||||
BOK kodu | AFG | ||||
Telefon kodu | +93 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
15 avqust 2021-ci ildə Əfqanıstan İslam Respublikası süquta uğramışdır, prezident Əşrəf Qəni hakimiyyəti Taliban hərəkatına vermişdir. Yerinə Əfqanıstan İslam Əmirliyi qurulmuşdur.