Şərəf abidəsi
From Wikipedia, the free encyclopedia
Şərəf abidəsi (türk. Onur Anıtı) — Türkiyənin Samsun şəhərininin İlkadım ilçəsindəki "Atatürk parkında yerləşən və şəhərin simvolu olan abidə. Mustafa Kamalın Samsuna gəldiyi hissəyə inşa edilən abidə İstiqlaliyyət müharibəsinin başlanğıcı sayılan bu hadisənin simvoludur.
Şərəf abidəsi | |
---|---|
Ümumi məlumatlar | |
Növü | abidə, atçılıq heykəli |
Ünvan | İlkadım |
Ölkə | Türkiyə |
Şəhər | Samsun |
Koordinatlar | 41°17′20″ şm. e. 36°20′11″ ş. u. |
Tikintisinin başlaması | 19 may 1927 (91 il əvvəl) |
Tikintisi dayandırılıb | 29 oktyabr 1931 (87 il əvvəl) |
Açılma | 15 yanvar 1932 (87 il əvvəl) |
Sahibi | Mustafa Kamal Atatürk |
Hündürlük | |
Hündürlük | 8,85 m (29,0 ft) |
Texniki detallar | |
Material | tunc, daş, mərmər |
Dizayn və konstruksiya | |
Memar | Heinriç Krippel |
Vikianbarda əlaqəli mediafayllar |
Abidənin heykəli Samsun qubernatoru Kazım paşa tərəfindən Samsun əhalisi adına Avstriya heykəltaraşı Heinriç Krippelə 1927-ci ildə sifariş edilmiş, həmin il 19 may tarixində qaydalara uyğun olaraq rəsmi təməlatma mərasimi keçirilmiş, 1928-ci ildə Vyana şəhərində başlayan heykəlin istehsal müddəti 1931-ci ildə sona çatdırılmış və heykəl 29 oktyabr 1931-ci il tarixində inşa edilmişdir. 15 yanvar 1932-ci il tarixində abidənin rəsmi açılış mərasimi keçirilərək respublika tarixinin on üçüncü abidəsi, Heinriç Krippelin isə Türkiyədəki inşa etdiyi dördüncü abidə olmuşdur.
Tuncdan hazırlanmış heykəlin hündürlüyü – 4.75 metr (15.6 ft). Daş blok ayaqlığın hündürlüyü – 4.10 metr (13.5 ft). Bütün heykəlin ümumi hündürlüyü – 8.85 metr (29.0 ft). Heykəl üçün memar 37.000 ABŞ dollarına razılaşmış, lakin heykəltaraş Heinriç Krippelə 5.500 ABŞ dolları əlavə olaraq ödəniş edilmişdir.