Şərqi Dilləri və Sivilizasiyaları üzrə Milli İnstitut
From Wikipedia, the free encyclopedia
Şərqi Dilləri və Sivilizasiyaları üzrə Milli İnstitut (fr. Institut national des langues et civilisations orientales) və ya qısaca INALCO — Fransanın Paris şəhərində yerləşən institut.
Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Mərkəzi və Şərqi Avropa, Asiya, Sakit okean hövzəsi, Afrika və Amerikanın aborigen xalqlarının dilləri, həmin ərazilərdəki ölkələrin coğrafiyası, tarixi, siyasi, iqtisadi və ictimai həyatı tədris olunur. 1669-cu ildə, Fransa kralı XIV Lüdoviqin hakimiyyəti dövründə əsası qoyulmuş Gənclər Dil Məktəbi XX əsrdə institut statusu almışdır. İkinci dünya müharibəsindən sonra institutda tədris olunan dillərin sayı 50-yə çatmışdı. 1971-ci ildən indiki adla adlanan institut 3-cü Paris Universitetinin nəzdində idi. 1985-ci ildən isə müstəqildir. Hazırda institutda 11 mindən çox tələbə təhsil alır, burada Asiya, Afrika, Şərqi Avropa və Amerikanın yerli xalqlarına məxsus 96 dil və mədəniyyət tədris edilir. Tədris olunan fənlərin sayı isə 1500-ə çatır. Azərbaycan dili institutun Avrasiya departamentinə daxildir.