İtaliya incəsənəti
From Wikipedia, the free encyclopedia
İtaliya incəsənəti —Bu dünya mədəniyyət tarixinin zəfər səhifəsidir. Heç vaxt, heç yerdə bu qədər görkəmli sənətkarlar, istedadlar yetişməmiş, incəsənətin bütün sahələrində bu qədər kəşflər edilməmiş, XVI-XVII əsrlər İtaliyasındakı kimi şah əsərlər yardılmamışdır. Həqəqitən bu dövrlər ölkənin qızıl yüzillikləridir. Rəssamların, heykəltəraşların və memarların statusu dəyişildi. Onlar sadə sənətkarlardan hörmət bəslənilən böyük sənətkarlara çevrildilər. Onların fəaliyyətləri yüksək qiymətləndirilir, saraylara dəvət olunur, Roma papaları, hersoqlar, xarici ölkələrin dövlət xadimləri onları öz saraylarına dəvət etmək üçün rəqabət aparırdılar. Sənətkarların individuallığı, yüksək sənətkarlığı, dərin biliklərə sahib olmağı dünya incəsənəti tarixinə İtaliya İntibahını bəxş etdi. Siyasi-iqtisadi şəraitin əlverişliliyi Avropa İntibahının məhz İtaliyada təşəkkülünə təkan verən səbəblərdən idi.