İstiqlaliyyət küçəsi
From Wikipedia, the free encyclopedia
İstiqlaliyyət küçəsi — Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən tarixi küçə. Küçə öz başlanğıcını indiki BMT-nin Əlliilliyi küçəsindən götürür və Əziz Əliyev küçəsində isə tamamlanır. Küçənin uzunluğu 1,3 km-dir.
İstiqlaliyyət küçəsi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Rayon | Səbail |
Uzunluğu | 1,3 km |
metro | İçərişəhər |
XIX əsrin sonlarında Bakının genişlənməsi nəticəsində salınan ilk küçələrdən biri olan İstiqlaliyyət küçəsi , artıq 100 ildən çoxdur ki, Bakının ən gözəl və önəmli küçələrindən biridir. İçərişəhər ətrafı şəhər magistralının mühüm hissəsini təşkil edən İstiqlaliyyət küçəsinin böyük bir hissəsi həm də Bakı Şəhər Halqasına daxildir.
Bakıda ilk çoxmərtəbəli bina burada tikilmiş (Mirzəbəyovun mədaxil evi), ilk park burada salınmış (Filarmoniya bağı), ilk heykəl burada ucaldılmış (Mirzə Ələkbər Sabirin heykəli) və ilk hərbi parad bu küçədə keçirilmişdir. Küçə ilk dəfə İmperator I Nikolayın şərəfinə Nikolayevski adlandırılıb. SSRİ dövründə küçə Kommunistiçeskaya adlandırılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə küçənin adı növbəti dəfə dəyişdirilərək İstiqlaliyəət adlandırılıb.
Memarlıq-planlaşdırma quruluşu və həcmli-məkan sistemi kimi İstiqlaliyyət küçəsi, Bakı şəhərinin özünəməxsus ensiklopedik şəhərsalma formasını təşkil edir. XIX–XX əsrin əvvəllərinin əsas memarlıq təzahürləri, indiki dövrə qədər öz stilistik cizgilərini tam olaraq qoruyub saxlamış bu bədii panoramada əksini tapmışdır. Küçədə milli-romantik, barokko və neoqotika üslublarından istifadə edilərək stilistik istiqamətlərin müxtəlifliyinin yaradılmasına baxmayaraq, küçənin inşasında klassik memarlıq üsullarına üstünlük verilmişdir.[⇨]