İsrail tarixi
From Wikipedia, the free encyclopedia
İsrail tarixi — Müasir İsrail dövlətinin və İsrail torpağında yaşamış yəhudilərinin tarixi. Müasir İsrail dövlətinin ərazisi indiki Uels qədər və ya Kosta-Rikanın yarısı qədərdir. Dövlətin yerləşdiyi torpaqlar qədim İsrail dövlətinin və Yəhudi krallıqlarının mövcud olduğu torpaqlardır. İsraildə ivrit dili vəsəmavi dinlər yaranmışdır. İsrail yəhudilik, islam, xristianlıq kimi dinlərin yarandığı məkandır.
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Müxtəlif imperatorluqların hakimiyyəti altında olsa da qədim İsrail dövləti İsrail-Roma müharibəsinə qədər yəhudi dövləti qalmaqda idi, amma daha sonra Amma daha sonra bölgə III əsrdən etibarən xristianlaşdı, ardınca VII-XX əsrlərdə müsəlmanlaşdı. Roma dövlətinin fəthindən sonra qədim İsrail torpaqları Müqəddəs Fələstin torpaqları adlandırılmağa başlandı. 1096–1921-ci illəri arasında bu bölgə xristianlar və müsəlmanlar arasında müharibələrə səhnə olurdu. Səlibçi yürüşlərinin bitməsindən 1917-ci il ingilis fəthinə qədər İsrail torpaqları Misir Məmlük Sultanlığının Suriya vilayətinin parçasl idi.
XIX əsrin sonlarında yəhudilərə qarşı zülmün artması sionist hərakatını başlatdı və qədim İsrail torpaqları olan Fələstində yeni bir İsrail dövlətinin yaradılması ideyası dəstəkləndi. Suriyanın ingilislər tərəfindən fəth edilməsindən, Balfour deklerasiyasından və Fələstin mandatının yaranmasından sonra Aliyah (İsrail topraqlarına yəhudilərin qayıtması) arttı və bu vəziyyət Ərəb-Yəhudi gərginliyini yaratdı. 1948-ci ildə İsrailin müstəqillik əldə etməsi ilə Avropanın bir çox ölkəsindən İsrailə yəhudi köçdü və İsraildən bir çox ərəb ölkələrinə köçdü. Bu köçlər Ərəb-İsrail münqişəsini daha da alovlandırmışdır. Hazırda dünya yəhudilərinin 42%-i İsraildə yaşayır.
1970-ci illərdən bəri ABŞ İsrailin əsas müttəfiqi oldu. 1979-cu ildə Misir və İsrail arasında sülh müqaviləsi imzalandı. 1993-cü ildə İsrail Fələstin Qurtuluş Təşkilatı ilə (Oslo müqaviləsi), 1994-cü ildə İordaniya ilə sülh mqaviləsi imzaladı. İsrail və Fələstin arasında nə qədər sülh vəziyyəti yaradılmağa çalışılsa da münaqişə davam etməkdədir. İsrail əvvəl sosialist ölkə idi, 1970-ci illərə qədər sosialistlər tərəfindən idarə olunurdu, lakin daha sonra ölkə kapitalizmə yönəldi.