İsgəndər Çələbi
From Wikipedia, the free encyclopedia
İsgəndər Çələbi (v. 19 mart 1535) — Osmanlı imperiyasının baş dəftərdarı. İsgəndər Çələbi XVI əsrdə Sultan Süleyman Qanuninin dövründə baş dəftərdar vəzifəsinə qədər yüksəlmiş dövlət məmurudur. İsgəndər Çələbini digər dövlət məmurlarından fərqləndirən əsas cəhətlərdən biri, onun dövrünün şairlərini müdafiə etməsi olmuşdur. Başda Xəyali olmaqla bir çox şairin maddi ehtiyaclarını ödəmiş və onları mümkün təhlükələrdən xilas etmişdir. İsgəndər Çələbi 1535-ci ildə Parqalı İbrahim Paşanın göstərişi ilə edam olunmuşdur. Çələbinin edam olunmasınını səbəbi kimi, Parqalı İbrahim Paşa ilə aralarında olan mənfi münasibət göstərilir. Sultan Süleyman Qanuninin güvəndiyi İsgəndər Çələbinin onun xəbəri olmadan Parqalı İbrahim Paşa tərfindən edam olunması, Qanunini bərk qəzəbləndirmiş və bir növ bununla Parqalı İbrahim Paşa öz edamının daha da yaxınlaşdırmışdır.