İngiltərə Federasiya Kuboku finalı 1965
From Wikipedia, the free encyclopedia
İngiltərə Federesiya Kuboku finalı 1965 — 1964/65-ci il İngiltərə Federasiya Kuboku uğrunda final matçı may ayında London şəhərində yerləşən Uembli stadionunda "Liverpul" və "Lids" klubları arasında keçirilmişdir. Bu matç 1964/65 mövsümünün kubok yarışmasında son matç olmuşdur. "Liverpul" bundan öncə 1914-cü və 1950-ci illərdə iştirak etdiyi hər iki kubok finalında məğlub olmuşdur. "Lids" isə ilk dəfə bu turnirin finalına vəsiqə qazanmışdır. Hər iki klub turnirə üçüncü mərhələdən başlamışdır. "Liverpul" keçirdiyi oyunların əksəriyyətində 2 qoldan artıq top vura bilməmişdir. "Lids" isə keçirdiyi ilk oyunda "Stokport Kauntri" klubunu 3–0 hesabı ilə məğlub etmişdir. Daha sonra yarımfinal matçında Mançester Yunaytedə qarşı ilk matçda 0–0 bərabərə qalsa da, cavab oyununda 1–0 hesabı ilə qalib gəlmişdir.
İngiltərə Federasiya Kuboku finalı 1965 | |||||||
---|---|---|---|---|---|---|---|
|
|||||||
Tarix | 1 May 1965 | ||||||
Yer | Uembli stadionu, London | ||||||
Hakim | V. Klements | ||||||
Tamaşaçı | 100.000 | ||||||
← 1964 1966 → |
100.000 tamaşaçının izlədiyi final matçında tərəflər çox çalışsa da, əsas vaxtda hesab açılmamışdır. Matçın əvvəlində "Liverpul"un müdafiəçisi Cerri Bern körpücük sümüyünü sındırsa da, oyunu davam etdirmişdir. Oyuna əlavə edilmiş dəqiqələrdə o, hesabın açılmasında əsas rol oynamışdır. Belə ki, 93-cü dəqiqədə məhz onun ötürməsindən sonra Rocer Hant baş zərbəsi ilə hesabı açmışdır. Yeddi dəqiqə sonra "Lids" Billi Bremnerin qolu ilə hesabı bərabərləşdirdi. Amma oyunun 117-ci dəqiqəsində Yan Kallaqandan ötürmə alan Yan Con hesabı 2–1 "Liverpul"un xeyrinə dəyişmişdir. Beləliklə, bu "Liverpul"un İngiltərə kuboku turnirində ilk qələbəsi sayılırdı.
"Liverpul"un baş məşqçisi Bill Şenkli qələbəni boyük sevinclə qeyd edirdi və bunu məşqçilik karyerasında ən böyük an kimi dəyərləndirdi. Onun "Lids"də çalışan həmkarı da "Liverpul"u matçın daha yaxşısı kimi qiymətləndirdi və növbəti mövsüm üçün daha əzmkar bir komanda olmaq üçün düzəlişlər edəcəyini bildirdi.