İlin adamı (Time)
From Wikipedia, the free encyclopedia
"İlin adamı" — "Time" jurnalının mükafatı; ənənəvi olaraq özünün hər il sonuncu dekabr nömrəsində "İlin adamı"nı elan edir. "İlin adamı" nominasiyası 1927-ci ildən verilir. İlk dəfə bu ada Atlantik okeanını keçmiş təyyarəçi Çarlz Lindberq layiq görülmüşdür.
İlin adamını jurnalın icraçı direktoru özü müəyyənləşdirir. Müxtəlif illərdə ilin adamı Mahatma Qandi, Vinston Çörçil, Albert Eynşteyn, internet istifadəçisi elan edilib.