Çixura FK
From Wikipedia, the free encyclopedia
"Çixura" Saçxere Futbol Klubu (gürc. ჩიხურა საჩხერე) — Gürcüstan çempionatında (Umaqlesi Liqa) çıxış edən peşəkar futbol klubu. Adını Saçxerede yerləşən bir çaydan almışdır. Klub yarandığı dövrdən oyunlarını 4000 nəfərlik Mərkəz stadionunda keçirir. Amma komanda avrokubok oyunları zamanı Saçxere şəhərindən 130 km uzaqlıqda yerləşən Tiflisdəki 27.233 nəfərlik Mixayıl Mesxi stadionundan istifadə edir. 2013-cü ildə klub tarixində ən böyük uğurunu qazanaraq Gürcüstan kubokunun finalında "Dinamo Tbilisi" ilə oynamış, 1:3 uduzsa da, UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinə qatılmaq imkanı əldə etmişdir. Bu "Çixura"nın ilk Avropa macərası idi və ilk rəqibi Lixtenşteyn kubokunun qalibi "Vadust" klubu olmuşdur.
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Cəld faktlar Klubun tam adı, Ölkə ...
Çixura FK | |||
---|---|---|---|
Klubun tam adı | ჩიხურა საჩხერე | ||
Ölkə | Gürcüstan | ||
Yaranma tarixi | 1938 | ||
Stadionu | Mərkəz stadionu | ||
Tutumu | 4000 | ||
Prezidenti | Nuqzar Dekanoidze | ||
Baş məşqçisi | Samson Pruidze | ||
Liqa | Gücüstan çempionatı | ||
2019 | 5. | ||
| |||
Rəsmi saytı |
Bağla