Çeçenistan gerbi
From Wikipedia, the free encyclopedia
Çeçenistan Respublikasının dövlət gerbi (çeç. Нохчийн Республикан хӀост) Çeçenistan Respublikasının rəsmi dövlət simvoludur. 2004-cü ildə qəbul edilib, 2020-ci ildə yenilənib. Gerb 25 may 2004-cü ildə Çeçenistan Dövlət Şurası Çeçenistan Respublikasının emblemi haqqında 027-GS nömrəli və 22 iyun 2004-cü il tarixli, 125 saylı "Çeçenistan Respublikasının Dövlət Bayrağı və Gerbi haqqında" fərmanla təsdiq edilib. 15 may 2008-ci ildə Çeçenistan Respublikası Parlamentinin Milli Məclisi 23-rz saylı "Çeçenistan Respublikasının Dövlət gerbi haqqında" qanunu qəbul etdi. 22 may Respublika Parlamenti Şurası tərəfindən təsdiq edildi. 7 noyabr 2019 -cu ildə Çeçenistan Respublikası Parlamenti gerbdə dəyişiklik etmişdir. Belə ki, hazır ki, gerbin təsviri ənənəvi formada gümüş qalxanda yerləşdirilib. 12 mart 2020-ci ildə Parlament "Çeçenistan Respublikasının Dövlət Gerbi haqqında" qanunu qəbul etmiş, 23 martda Ramzan Kadırov onu təsdiqləmişdir.
Çeçenistan gerbi | |
---|---|
Versiyalar | |
Heraldik qalxanında monoxrom |
|
Detallar | |
Armiger | Çeçenistan Republikası |
Təsis edilib | 25 may, 2004 |
Təsdiq edilib | 22 iyun, 2004 |
Gerbin lövhəsi | Çeçen üzüyü |
Əsas | Sünbül,milli ornament, mərkəzi bəzək elementi |
Digər elementlər | doqquz guşəli ulduz, aypara, gözətçi qülləsi, neft qurğusu, dağ zirvələri |
İlk variantı | |
Vikianbarda əlaqəli mediafayllar |