Zabot su anbarı
From Wikipedia, the free encyclopedia
Zabot su anbarı (alm. Stausee Soboth, sloven. Stausee Soboth) — Avstriyada su anbarı. Koralpe SES-in qidalanması üçün 1990-cı ildə Faystris çayı üzərində bənd tikilmiş və su anbarı formalaşmışdır. Su anbarı Koralpe dağ silsiləsində, Zabot kommunasının yaxınlığında yerləşir. Su anbarı Ştiriya və Karinti əyalətlərinin ərəzisinə aid olunur. Zabot su anbarı sloveniya-avstriya sərhəddi yaxınlığında yerləşir. Qrats və Lavamyund şəhərlərini birləşdiriən avtomobil yolu su anbarı yaxınlığından keçir. Su anbarı dəniz səviyyəsindən 1080 metr yüksəklikdə yerləşir. Su anbarının ümumi su toplayıcı sahəsi 29,7 km²-dir. Uzunluğu 2 km, eni isə 500 metrdir. Su səthinin sahəsi 0,8 km², ən dəri yeri isə 80 metrdir.
Zabot su anbarı alm. Stausee Soboth | |
Ölkə | Avstriya |
Tikilmə tarixi | 1.990 |
Dəniz səviyyəsi | 1.080 m |
Uzunluğu | 2.000 m |
Eni | 500 m |
Sahəsi | 0,8 k m² |
Dərin yeri | 80 m |
Yerli təbiəti qoruma qanunlarına görə su anbarı 1 metr dəqiqliklə 15 iyun-31 sentyabr aylarında doldurulmalıdır. Məqsəd həmin aylarda su anbarının turizm baxımdan istifadəsidir. Yay aylarında su anbarı təmiz suyuna görə populyar çimərlik məkanlarından birinə çevrilir[1][2]. Rütubətli iqlimə, böyük yüksəkliyə və təbi şəraitə görə ərazi küknar ağacları ilə əhatələnmişdir.