Zəncir altındakı Məryəm Ana kilsəsi
From Wikipedia, the free encyclopedia
Zəncir altındakı Məryəm Ana kilsəsi (çex. Kostel Panny Marie pod řetězem, alm. Kirche der Jungfrau Maria unter der Kette am Ende der Brücke[1]) — Praqa şəhərinin Mala Strana rayonunda və Lazenska küçəsində (Praqa 1) yerləşən katolik monastır kilsəsi. Kilsənin fasadı, portal ilə birlikdə gecikmiş İntibah üslubunda, frontonu isə erkən barokko memarlıq üslubunda hazırlanıb. Kilsə Malta ordeninin cəngavərlərinə məxsus Böyük Çex prioratlığının monastır kompleksinin tərkibinə daxildir[2]. Malta ordeninə məxsus qonşu binalarla birlikdə, kilsə Çex Respublikasının mədəniyyət abidəsi kimi qorunur[3]
Cəld faktlar Ölkə, Şəhər ...
Zəncir altındakı Məryəm Ana kilsəsi | |
---|---|
Kostel Panny Marie pod řetězem | |
50°05′12″ şm. e. 14°24′24″ ş. u. | |
Ölkə | Çexiya |
Şəhər | Praqa |
Yerləşir | Mala Strana |
Aidiyyatı | Katolisizm (Hospitalyerlər ordeni) |
Memar | Karlo Luraqo, Covanni Battista Spinetti |
Tikilmə tarixi | 1158—1182 |
Üslubu | Qotika, İntibah memarlığı, Barokko |
Vəziyyəti | fəaliyyət göstərir |
Çexiyanın milli irsi | |
İstinad nöm. | 1-493 |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla