Yuxarı Sakson dairəsi
From Wikipedia, the free encyclopedia
Yuxarı Sakson dairəsi (alm. Obersächsischer Reichskreis) 1512-ci ildə yaradılmış Müqəddəs Roma İmperiyasının imperiya dairələrindən biri. Dairədə Saksoniya kürfürstlüyü və Brandenburq markqraflığı üstünlük təşkil edirdi. Bundan əlavə dairədə Ernestin hersoqluqları və Pomeraniya var idi. 1635-ci il Praqa sülhü ilə Saksoniyaya düşən Luzatiya isə heç vaxt dairəyə alınmadı.