Yerin fırlanması
From Wikipedia, the free encyclopedia
Yerin öz oxu ətrafında sutkalıq fırlanması bir ulduz sutkası dövrü ilə baş verir. Yerin fırlanmasının müşahidə edilə bilən təzahürü səma sferasının gündəlik fırlanmasıdır.
Yerin fırlanması onun Günəş ətrafında hərəkəti ilə eyni istiqamətdə baş verir: şimaldan baxdıqda, saat istiqamətinin əksinə (yəni qərbdən şərqə) fırlanır.