Yeniçəri
From Wikipedia, the free encyclopedia
Yeniçərilər (türk. Yeniçeri) — yeni döyüşçü, XIV–XIX əsrlərdə Osmanlı ordusunda daimi piyada qoşunu.
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Yeniçərilər sipaxlar və akıncalarla birlikdə imperiya qoşununun əsasını təşkil edirdilər. Kapıkuluların (sultanın qullardan ibarət şəxsi qvardiyası) tərkib hissəsi idilər. Yeniçərilər dövlətdə həmçinin polis rolunu oynayırdılar. Onlar dərviş libasına bənzəyən libas geyinir, bayraqlarında isə şiə nişanı — Həzrət Əlinin zülfüqarı və əl təsvir olunmuş nişan gəzdirirdilər.